Azərbaycan Respublikası Dövlət
Elmi Tibb Kitabxanası
“Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, məvəviyyat, bilik, zəka mənbəyidir. Ona gorə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir.
Heydər Əliyev
Respublikada tibb elminin və səhiyyənin ilkin sənədlərlə və ikincili səviyyəli informasiya ilə təmin edilməsi məqsədilə bitkin bir sistem formalaşdırılmışdır. Bura ilk növbədə tibb kitabxanaları və elmi tibb informasiya bölmələri aiddir. Həmin təşkilatlar içərisində aparıcı mövqe Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Dövlət Elmi Tibb Kitabxanasına məxsusdur.
Kitabxana səhiyyə müəssisələri sisteminə daxildir və Səhiyyə Nazirliyinin tabeliyindədir. Səhiyyə orqanlarının, elmi-tədqiqat və müalicə-profilaktika müəssisələrini xalqın sağlamlığı problemlərini, sosial-gigiyena və səhiyyənin təşkili, klinik və profilaktik təbabət, sanitar-epidemioloji və səhiyyənin, tibb elminin digər problemləri ilə məşğul olan alim və mütəxəssisləri kitabxana-biblioqrafiya, və informasiya ilə vaxtında təmin edir. Azərbaycan Respublikasında tibb kitabxanaları şəbəkələrinə təşkilatı-metodik rəhbərliyi və onların əlaqəli fəaliyyətini həyata keçirmək, elmi-təqiqat institutlarının, ali və orta tibb təhsil müəssisələrinin elmi tibbi informasiya şöbələrinin fəaliyyətinə metodiki və koordinasiyası üzrə rəhbərliyi həyata keçirir. Sahəvi depozitar kitabxana və tibb elminin aktual problemləri üzrə vahid sorğu-məlumat fondlarını təşkil edir.