Azərbaycan Respublika Dövlət Elmi Tibb Kitabxanasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev – 100” adlı biblioqrafik göstərici nəşr edilib. Biblioqrafik vəsaitin hazırlanmasında Azərbaycan Tibb Universitinin Əsaslı Elmi Kitabxanası və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kitabxanasının da böyük əməyi olub. Biblioqrafik göstəricinin yaradılmasında əsas məqsəd məhz tibb kitabxanalarında Heydər Əliyev irsinin təbliği məsələsinin araşdırılması idi. Göstəricidə Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilmiş 198 kitab və avtoreferat, 174 məqalə öz əksini tapmışdır.