Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Dövlət Elmi-Tibb Kitabxanasının əməkdaşları Bakı Ekspo Mərkəzində təşkil edilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində olublar. Əməkdaşlarımız burada təqdim edilən elmi-tibbi ədəbiyyatla tanış olub, maraqlı kitab təqdimatlarını dinləyib, bir sıra tanınmış nəşriyyatların çap məhsulları haqqında məlumatlar əldə ediblər. Ulu Öndər Heydər Əliyev, Prezident İlham Əliyev, 44 günlük Vətən müharibəsi, Şəhidlərimiz və Zəfər Gününə həsr edilən ədəbiyyatın dolğunluğu, mənəvi və həm də poliqrafik tərtibat zənginliyinə xüsusi diqqət yetiriblər. Bir çox ölkələrin təqdim etdikləri elmi-praktik, elmi-kütləvi nəşrlər, bədii ədəbiyyat nümunələri haqqında fikir mübadiləsi aparıblar.
