Haqqımızda
Səhiyyə Nazirliyinin
Azərbaycan Respublika Dövlət Elmi Tibb Kitabxanası haqqında
Respublikada tibb elminin və səhiyyənin ilkin sənədlərlə və ikincili səviyyəli informasiya ilə təmin edilməsi məqsədilə bitkin bir sistem formalaşdırılmışdır. Bura ilk növbədə tibb kitabxanaları və elmi tibb informasiya bölmələri aiddir. Həmin təşkilatlar içərisində aparıcı mövqe Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Dövlət Elmi Tibb Kitabxanasına məxsusdur.
Kitabxana səhiyyə müəssisələri sisteminə daxildir və Səhiyyə Nazirliyinin tabeliyindədir. Səhiyyə orqanlarının, elmi-tədqiqat və müalicə-profilaktika müəssisələrini xalqın sağlamlığı problemlərini, sosial-gigiyena və səhiyyənin təşkili, klinik və profilaktik təbabət, sanitar-epidemioloji və səhiyyənin, tibb elminin digər problemləri ilə məşğul olan alim və mütəxəssisləri kitabxana-biblioqrafiya, və informasiya ilə vaxtında təmin edir. Azərbaycan Respublikasında tibb kitabxanaları şəbəkələrinə təşkilatı-metodik rəhbərliyi və onların əlaqəli fəaliyyətini həyata keçirmək, elmi-təqiqat institutlarının, ali və orta tibb təhsil müəssisələrinin elmi tibbi informasiya şöbələrinin fəaliyyətinə metodiki və koordinasiyası üzrə rəhbərliyi həyata keçirir. Sahəvi depozitar kitabxana və tibb elminin aktual problemləri üzrə vahid sorğu-məlumat fondlarını təşkil edir.
Tipoloji baxımdan xüsusi elmi kitabxana olan Respublika Dövlət Elmi Tibb Kitabxanası Azərbaycan SSR Xalq Komissarları Soveti tərəfindən 29 yanvar 1939- cu ildə tarixində qəbul etdiyi 5/386 saylı əmri əsasında yaradılmışdır. 9 mart 1940- cı ildə Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığının 156 saylı əmri ilə fəaliyyətə başlamışdır. Həmin əmrə əsasən kitabxananın ilk direktoru Səmədova Məryam təyin olunmuşdur.
Kitabxananın ilk fondu dövrün görkəmli həkim-alimlərinin hədiyyə verdikləri mənbələr əsasında formalaşmışdır. Ilkin mərhələdə kitabxana üç kiçik otaqda yerləşmişdir. Kitabxananın 4 şöbəsi vardır: abonement, komplektləşdirmə, biblioqrafiya, xarici ölkələrin tibb ədəbiyyatı şöbəsi. Kitabxanada 2 ali təhsilli işçi fəaliyyət göstərirdi. Kitabxana öz fondunu SSRİ Dövlət elmi tibb kitabxanası, kitabxana kollektoru, kitab ticarəti ilə məşğul olan təşkilatlar hesabına komplektləşdirirdi.
1941-ci il iyun ayında Xalq Maarif Nazirliyi müharibə dövründə kitabxanaların, qiraətxanaların, klubların və muzeylərin qorunub saxlanması, onların işinin yaxşılaşdırılması haqqında bir sıra göstərişlər vermişdir. Bu göstərişlər Azərbaycan Dövlət Respublika Elmi Tibb Kitabxanasına da şamil edilmişdir. Bu dövrlərdə kitabxana alimlərin müharibə haqqında fikiləri, müharibənin xarakteri, sovet xalqının bu müharibədə qarşısına qoyduğu vəzifələr və s. məsələlərdən bəhs edən ədəbiyyatla komplektləşdirərərk əhali arasında geniş təbliğat işi aparırdı.
Bu illər ərzində kitabxananın oxucu gəlişi 3815 nəfər olmuşdur. Bunların içərisində 132 nəfəri elmi işçi, 2529 həkim və 364 nəfəri isə orta tibb işçisi olmuşdur. Oxuculara verilən nəşrlərin sayı 8301 nüsxə olmuşdur. Müharibə illərində hərbi xəstəxanaların yaranması ilə tibb kitabxanalarının qarşısında da yeni vəzifələrər dururdu. Oxucular arasında tibb bacıları daha fəal idilər. onlar ilkin tibbi yardımın göstərilməsi ilə bağlı ədəbiyyata böyük maraq göstərirdirlər.
Bu baxımdan komplekləşdirilərkən ilkin tibbi yardıma həsr olunmuş, həmçinin əsgərlərin əhval – ruhiyyəsini qaldıran nəşrlərə xüsusi diqqət yetirilirdi.
Müharibənin ilk illərində hərbi xəstəxanalar üzrə 140 nəfər oxucuya 1013 nüsxə ədəbiyyat verilmişdir.
Həmin dövrlərdə kitabxanada təşkil olunan sərgilər bütünlüklə müharibəyə, onun ədalətsizliyinə, xalqın rəşadət və qəhrəmanlığına həsr olunmuşdur. Bunlara misal olaraq “Böyük Vətən müharibəsinin 3 ili”, “Malyariya”, “Yaranın sağalmasına dair ilk tibb yardım” və s. mövzuda olan sərgiləri göstərmək olar.
1948 – ci ildən başlayaraq kitabxana Azərbaycanda və Zaqafqaziyada tibb və səhiyyə məsələlərinə dair bütün dillərdə nəşr edilən ədəbiyyatın əldə edilməsinə xüsusi diqqət yetirir. Bu nəşrlər içərisində tibb elminin tarixinə dair ərəb, fars dillərində də nəşrlər vardır. Bu nəşrləri əldə etmək məqsədilə kitabxana bütün keçmiş sovet respublikaları ilə əlaqələr yaratmışdır. 1949 – cu ildən tibbə dair Azərbaycan dilində nəşr edilən kitabları əldə etmək məqsədilə Bakı kitabxana kollektoru ilə müqavilə bağlayır.
Beləliklə, 1946-1956-cı illər ərzində kitabxana öz fondunu dövrün tələbatına cavab verən qiymətli kitablarla komplektləşdirərək oxucuların daha fəal çalışmalarına yaxından köməklik etmişdir. Həmin illər ərzində kitabxanada ictimai – siyası, tibb elmləri üzrə 80 – ə qədər sərgi təşkil edilmişdir. Bu dövrdə kitabxanada keçirilən və konfranslarda tibb elminin qarşısında qoyulan əsas məsələlər müzakirə edilmiş və münasib qərarlar qəbul edilmişdir. Bu qərarlara əsasən kitabxana tibb sahəsində fəaliyyət göstərən və təhsil alan oxucuların bilik və ixtisas səviyyələrinin yüksəldilməsinə kömək göstərmişdir.
Kitabxana – informasiya sistemləri informasiya mühiti ilə onun istifadəçiləri olan alim və mütəxəssislər arasında əlaqələndirici rol oynayır.
Bu əlaqələndirici funksiyanı yerinə yetirmək məqsədilə AzDRETK öz istifadəçiləri ilə daimi əlverişli və müasir əlaqəni təşkil etmək üçün öz veb saytını yaratmış və istifadəçilərin ixtiyarına vermişdir.
963-1982- ci illər ərzində kitabxananın direktoru R.S.Perelmanın rəhbərliyi ilə tərtib olunmuş «Здравоохранение Азербайджана» biblioqrafik göstərici 1970- ci ildə işıq görmüşdür. Göstəricidə 1830-1960- cı iilərdə nəşr olunan bütün elmi-tibbi nəşrlər (elmi məqalələr, monoqrafiyalar, dərsliklər, tədris vəsaiti və s.) burada sistemli şəkidlə öş əksini tapmışdır. Onu da qeyd etmək lazımdır ki, R.S.Perelman tibb icitimaiyyətində tanınmış şəxsiyyətlərdən biri olmuşdur.
Oxuculara daha dolğun informasiya xidmətinin həyata keçirilməsi üçün internet xidmətlərindən istifadə olunur. Əməkdaşlarımız oxuculara elmi – tibbi saytlardan istifadə edilməsi, müxtəlif mövzular üzrə sorğuların düzgün formalaşdırılması və bu sorğu üzrə axtarışın aparılması istiqamətində metodik köməklik göstərirlər. Hazırda intrenet xidməti ilə əlaqədar olaraq kitabxanaya müraciət edən oxucular arasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasından keçmək üçün imtahanlara hazırlaşan oxucuların sayı üstünlük təşkil edir.Oxuculara göstərilən biblioqrafik xidmətə həkim- oxucularımız arasında maraq böyükdür. Biblioqrafik xidmət təkcə müxtəlif mövzu üzrə şifahi və yazılı arayışların hazırlanması ilə kifayətlənmir. Biblioqrafik xidmətə faktoqrafik informasiyanın verilməsi, ölkəşünaslıq soraq – axtarış sisteminin təşkili, müxtəlif aspektli (mövzü, yeni daxil olan ədəbiyyat) biblioqrafik göstəricilərin hazırlanması və ictimai istifadəsinin təşkili kimi xidmətlər də daxildir. Kitabxana – informasiya xidmətinin daha da təkmilləşdirilməsi üçün 2006-cı ildən tibbə dair müxtəlif mövzulu CD – lərdən ibarət fondun da təşkilinə başlanmışdır. Hazırda bu fondda 62 disk vardır. Əlbəttə ki, biz gələcəkdə bu fondun genişləndirilməsi və zənginləşdirilməsi ilə məşğul olacağıq.
01.01.2023-cü il tarixində əsas fond Azərbaycan və rus dilində olan 488.728 nüsxə kitab, 137.154 nüsxə jurnal, 281.79 nüsxə avtoreferat, xarici dillərdə 8155 nüsxə kitab, 22.739 nüsxə jurnaldan ibarətdir. Məzmununa görə əsas fond tibbi elmi fəaliyyəti və tibbi tərbiyə ilə məşğul olan fond, tibb sahəsində təhsil alan oxucular üçün nəzərdə tutulmuşdur. Bu baxımdan fond əsasən elmi və praktiki tibbi ədəbiyyatdan ibarətdir. Kitabxana fondunun komplektləşdirilməsi tematik-tipoloji plan əsasında həyata keçirilir.
Kitabxana istifadəçilərinin informasiya tələbatını tədqiq etmək məqsədilə müxtəlif tədbirlər aparılır. Buraya şifahi sorğular, anketləşdirmə daxildir. Anketləşdirmə əsasında oxucuların maraq və meylləri, tibb işçilərinin bu günki fəaliyyət istiqamətləri, ən müasir tibb sahələri aşkar edilir. Bu da öz növbəsində fondun komplekləşdirilməsində nəzərə alınır. Təbabət digər elm sahələrinə nisbətən daha intensiv inkişafdadır. Bu inkişafın əsas tendensiyalarını izləyərək fondun hər tərəfli komplektləşdirilməsi üçün tibbə dair müasir elmi nəşlərin nəzərdən keçirilməsi daimi iş fəaliyyətimizə daxil olmuşdur.
Tibb kitabxanaları şəbəkəsində Azərbaycan Dövlət Respublika Elmi tibb kitabxanası elmi metodik mərkəzdir. Bununla əlaqədar olaraq kitabxanaların metodik təminatı məsələsi də daha aktual problemə çevrilmiş və kitabxanaların bu fəaliyyət istiqaməti xeyli mərəkkəbləşmişdir.
Elmi – metodiki şöbənin fəaliyyəti əsasən ölkəmizdə tibb kitabxanaları şəbəkəsinə metodiki köməklik göstərməkdən ibarətdir. Lakin buna baxmayaraq bu şöbə də kitabxana – informasiya işinin təşkilində bilvasitə iştrak edir. Belə ki, həmin şöbə respublikamızda, əsasən də regionlarda tibb kitabxanalarının fəaliyyətinə yardımçı olur, onların fondlarının bizim kitabxananın mübadilə fondu hesabına genişləndirməyə səy göstərir. Bu da öz növbəsində həmin kitaböanaların fondunun daha yeni aktual tibbi ədəbiyyatla komplekləşdirilməsinə və kitabxana – informasiya xidmətinin inkişafına səbəb olur.
Elmi – metodik şöbə respublikanın 105 tibbi və müəssisinin nəzdində fəaliyyət göstərən tibb kitabxanası ilə çalışır. Bu kitabxanalar aşağıdakılardan ibarətdir. Elmi – tədqiqat İnstitutları – 13, Tibb məktəbi – 8, Taun əleyhinə stansiya onun şöbələri – 6, Bakı Şəhər kliniki xəstəxana – 5, Nazirliyə aid olmayan kliniki xəstəxana (Mərkəzi Nefçilər Xəstəxanası) – 1, Sanatoriyalar – 2, ŞMX – 6, MRX – 50. Həmin siyahıya daxil olan Naxçıvan Muxtar Respublikası MRX – də ümumiklə 9 tibb kitabxanası ilə yaxın münasibətdədir. Bu kitabxanalarda ümumilikdə 203 nəfər kitabxanaçı çalışır.
Həm Bakıda yeləşən, həm də regionlarda bu kitabxanalarla əlaqələri möhkəmlətmək məqsədilə tez – tez yerlərə gedişlər, ezamiyyət səfərləri təşkil olunur. Yerlərə gedişlər zamanı metodik köməklik göstərilir ki, bu köməkliyin məzmunu kitabxana işçilərinin təlimatlandırılmasından ibarət olur. Bundan başqa metodistlər ezamiyyət dövründə müvafiq ərazidə işləyən tibb və səhiyyə işçiləri ilə görüşüb onlara respublikada fəaliyyət göstərən tibb kitabxanaları şəbəkəsi, həmin kitabxanaların kitabxana – informasiya xidməti səviyyəsi haqqında məlumat verir, oxucular Azərbaycan Dövlət Respublika Elmi tibb kitabxanasından KAA yolu ilə müntəzəm surətdə yeni ədəbiyyat almaq imkanlarını izah edirlər. Bundan əlavə kitabxanalarla zona seminar – treniniq məşğələlər keçirilir.
Bundan əlavə elmi- metodik şöbə ayrı- ayrı regionlardan tibb kitabxanaçılarının kitabxanamızda əlavə hazırlıq keçməsinə, yeni informsaiya texnologiyaları, kitabxanada tətbiq olunan ənənəvi və yeni kitabxana- informsiya sistemləri ilə tanış edir. Belə məşğlələr bitdikdən sonra iştirakçılara onların əlavə təlimləndirilməsi haqqında arayış verilir.
Hər ilin sonu Respublika Dövlət Elmi Tibb Kitabxanasında şəbəkə kitabxanaçılarının iclası keçirilir. Bu iclaslar tibb kitabxanalarının fəaliyyətində illik yekun iclas hesab oluna bilər. Tədbirdə tibb kitabxanalarının birgə fəaliyyəti, kitabxanalarda yeni kitabxana- informasiya sistemlərinin tətbiqi, kitabxalararası abonement xidmətindən istifadəsı, illik hesabatın tərtibi kimi məsələlər və bir sıra yeni məsələlər müzakirə olunur.
2006- cı ildə fevral ayında kitabxanada “Vərəmlə mübarizə” adlı mütəxəssis günü keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi- tədqiqat Ağ ciyər xəstəlikləri institutunun əməkdaşları yaxından iştirak etmişlər. Onların qoyulan mövzu ilə əlaqədar olaraq məruzələri dinlənilmişdir. Tədbirdə vərəmə dair geniş kitab sərgisi təşkil olunmuşdur. Burada kitabxananın əməkdaşları vərəm mövzusuna dair kitabxananın fondunda olan bir sıra nəşrlərin şifahi icmalını vermişlər.
2006- cı ilin iyun ayında yenə də Elmi- tədqiqat Ağ ciyər xəstəlikləri institutunun əməkdaşları ilə birlikdə dəyirmi masa keşirilmişdir. Tədbirdə insyitutun əməkdaşları “vərəmdən əziyyət çəkən xəstələrin həyat keyfiyyətinin” öyrənilməsi, bu istiqamətdə elmi- tədqiqatların aparılması ilə əlaqədar olaraq çıxışlar etmişlər. Kitabxanamız bu tədqiqatların aparılmasında informasiya dəstəyi göstərmiş, müxtəlif mənbələrdən lazımi informasiyanın dolğun və operativ şəkildə şəkildə çatdırılmasında yaxından iştirak etmişlər.
Kitabxananın saytı artmaqda olan resursdur. Onun ardıcıl inkişaf etməsi, aktuallığının qorunması məqsədilə oxucuların sorğuları, informasiya tələbatı tədqiq edilir.
AzDRETK-da aşağıdakı növ kataloq və kartotekalar var: əlifba kataloqu, sistemli kataloq (həmçinin xarici şöbədə əlifba və sistemlikataloqu), şəxsiyyətlərə həsr edilmiş kataloq, avtoreferatlar kataloqu, “Yeni ədəbiyyat” katalogu, ölkəşünaslıq əlifba və sistemli kataloqu, dövrü nəşrlərin kartotekası, oxucu kartotekası. Sistemli kataloq əsas soraq-axtarış aparatı hesab olunur. Sistemli kataloqun xarakterik xüsusiyyəti ondan ibarətdir ki, orada bütün növ ədəbiyyat (monoqrafiyalar, elmi işlər, toplular, dərsliklər, avtoreferatlar, broşurlar, instruktiv-metodiki materialların təsvirləri, jurnalların analitik təsvirləri) elm sahələri üzrə əks olunur.
Hazırladığımız müxtəlif səpgili kitab sərgiləri oxucular arasında maraq doğurur. Sərgilər yeni daxil olan nəşrlər, respublikamızın görkəmli həkim- alimlərinə həsr olunmş nəşrlər, müxtəlif əlamətdr hadisələr, aktual tibbi mövzulara həsr olunmş ədəbiyyatdan təşkil olunur.
Kitabxanamız Azərbaycan Respublikasında kitab abidələrinin müəyyən edilməsi, informasiya daşıyıcılarına köçürülməsi və “Azərbaycan kitab abidələri” adlı məlumat bazasının hazırlanması üçün kitabxanamızın fondundan 1899-1988- ci illəri əhatə edən 38 nüsxə ədəbiyyat toplanmışdır. Bu nəşrlər təqdim olunan forma əsasında doldurulmuş və aididyyatı üzrə göndərilmişdir. Həmin nəşrlər içərisində dərsliklə, monoqrafiyalar, hesabatlar və lüğətlər vardır.
2010- ci il Azərbaycan Respublikası Prezidenti tərəfindən “Ekologiya ili” elan olunmuşdur. Bununla əlaqədar olaraq 2011- ci dekabrın 22- də kitabxanamızda “Ekologiya və sağlamlıq” mövzusunda informasiya günü keçirilmişdir. Tədbirdə əməkdaşlarımız və tibbin müxtəlif sahələrində fəaliyyət göstərən bir çox həkimlər əhalinin, xüsusilə, ana və uşağın sağlamlığının mühafizəsi ilə bağlı çıxışlar etmişlər. Tədbirdə kitabxanamızda bu mövzuda olan nəşrlərdən ibarət sərgi təşkil edilmiş və həmin nəşrlərdən ibarət biblioqrafik göstərici tərtib olunmuşdur.
2011-2012-ci illər kitabxana fəaliyyətinin avtomatlaşdırılması baxımından zəngin olumuşdur. Bu illərdə kitabxanada İP- li lokal kompüter şəbəkəsi yaradılmışdır. Kitabxanada indiyə qədər internet zalı kimi fəaliyyət göstərən kompüter otağındakı, eləcə də şöbələrdəki kompüterlər bu şəbəkəyə qoşulmuş, lazımi proqramlarla təchiz olunmuşdur. Artıq İRBİS kitabxana proqramı işə buraxılmışdır. Hazırda kitabxanada bu proqramla işləmək üçün kadr hazırlığı məqsədilə treninq məşğələlər keçirilir. Kitabxana tərəfindən İRBİS kitabxana- biblioqrafiya proqramının inzibati, kitabxana kataloqu, kitabxana xidməti və kitabxananın komplektləşdirilməsi kimi ən zəruri modulları alınmışdır.
2011, 2012- ci illərdə kitabxanada Ümumdünya Səhiyyə Təşkilatının təsis etdiyi “7 aprel- sağlamlıq günün”ə həsr olunmş mütəxəssis günü keçirilmişdir. Bu tədbirlər “Sağlam nəsil” ictimai birliyi ilə müştərək təşkil olunmuşdur. Mütəxəssis günlərində müxtəlif sahələrdə fəaliyyət göstərən həkimlər, filial kitabxanalarının nümayəndələri iştirak etmişlər. Onlar maraqlı məruzələrlə çıxış etmiş, kitabxanamızda yeni nəşrlərdən ibarət zəngin sərgi ilə tanış olmuş, kitabxanamızın əməkdaşlarının çıxışında şifahi biblioqrafik məlumatları dinləmişlər.
Kitabxanamız tərəfindən hərəkətli sərgilər də təşkil olunmuşdur. 2008- ci ildə belə sərgi Azərbaycan Respublika Səhiyyə Nazirliyi Elm- tədqiqat Travmatologiya və Ortopediya institutunda, 2009- cu ildə Milli Onkologiya mərkəzində təşkil olunmuşdur.
2013-cü ilin iyun ayından etibarən kitabxanada Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndələrinin dəstəyi və təklifi ilə “ÜST güşəsi” yaradılmışdır. Həmin güşədə kitabxanamızda ÜST-ün bütün çap məhsulları (kitab, broşur, informasiya vərəqələri, jurnal, büllüten və s.), eləcə də elektron resurslar (CD) toplanmışdır. Bütün materiallar kitabxana qaydası üzrə texniki və elmi işləmədən keçmişdir.
2013- cü ildə kitabxananın nəşr etdirdiyi çap məhsullarından biri “Tibb kitabxanalarının (fondlarının) əsas sosial funksiyaları” adlı metodik vəsait olmuşdur. Vəsaitdə kitab fondlarının funksiyaları, qurluşu, mühafizəsi, burada tətbiq olunan təsnifat sistemləri haqqında ətraflı məlumatlar verilmişdir.
2013-cü ildən kitabxanada lokal kompüter və internet şəbəkəsi təşkil olunmuşdur. Həmin şəbəkə vasitəsilə İRBİS 64 kitabxana-informasiya proqramının kataloqlaşdırma və komplektləşdirmə modulları ilə iş başlanmışdır. Bununla əlqədar olaraq kitabxananın müvafiq sahələrində çalışan əməkdaşlar kitabxanada keçirilən treniniq məşğələlərdə iştirak etmişlər. Bundan başqa İRBİS 64 proqramı ilə fəaliyyət həsr olunmuş başqa treninq məşğələlərindən kurs keçmişlər.
Kitabxanaya alınan yerli, xarici jurnal və qəzetlərin analitik təsvirləri elektron kataloqda verilir. Artıq kitabxananın yeni nəşrlər fondu, Ümumdünya Səhiyyə Təşkilatının nəşrlərindən ibarət kitab fondu elektron kataloqa salınmışdır. Hər il mütəxəssislər tərəfindən proqram yeniləşdirilir. Kitabxananın maddi-texniki bazası da gücləndirilmişdir. Əlavə fərdi kompüter dəstləri, skanerlər, printerlər, lokal şəbəkənin genişləndirilməsi üçün lazımi avadanlıqlar alınmışdır. Kitabxananın bəzi əməkdaşları proqramla işləmək üçün treninq məşğələlərinə göndərilmişdir. Digər əməkdaşlar isə kitabxananın daxilində keçirilən treninqlərdə İRBİS-64 proqramı üzrə işləmək üçün hazırlıqdan keçmişlər.
Kitabxanamız qarşımızda duran günün müasir tələblərini yaxşı başa düşür və gündəlik fəaliyyət prosesində yenilikləri təhli edir və tətbiq edirlər.